Kitabda XX yüzillikdə iki dünya savaşının, eləcə də irili-xırdalı bir sıra regional savaşların, hərbi-politik-ekonomik konfliktlərin, çarpışmaların, çəkişmələrin, dartışmaların, dövlət çevrilişlərinin, yanacaq böhranlarının episentrinə çevrilən Əlahəzrət Neft faktoruna, eləcə də, politik quruluşları daban-dabana tərs olan dürlü ölkələrin ikibaşlı oyunlarına, pərdəarxası və masaaltı sövdələşmələrinə, "qarşılıqlı reveranslarına" və bütün bunların istər olumlu, istərsədə olumsuz sonuclarına azacıq da olsa işıq salmağa çalışılır