Kitabda Azərbaycan klassik söz ustalarının tarixi təcrübəsi əsasında əruz vəznli şerirdə təfilə və onun ritmik funksiyasından, qəlib, ölçü, bölüm münasibətlərindən, onların misradakı əlaqəsindən danışılır. Kitabda anadilli şerimizdə tətbiq edilən əruz vəzninin xüsusiyyətlərindən, iltisaqi quruluşu dilimizdə ahəng qanunun güclü fəaliyyət göstərdiyi bir vəziyyətdə onun bəhr növləri, variantlarının meydana çıxmasından, Qazi Bürhanəddin, İ. Nəsimi, M. Füzuli, Şah Xətai, M.Ə. Sabir, A. Səhhət kimi ölməz sənətkarlarımızın yaradıcılığında kəsb etdiyi şəkillərindən, milli Azərbaycan əruzunun ecazkar səs, ahəng və musiqi gözəlliklərindən ətraflı danışılır