Kataloqda Azərbaycan və Türkiyənin dostluğu xüsusi yer tutur. Adət-ənənəsi, mədəniyyəti, dili, dini eyni olan iki qardaş xalqın dostluğunu əks etdirən rəsm əsərlərində bu bağlılıq hər dəfə fərqli rakurslardan göstərilir. İllüstrasiyalarda gənc rəssam qardaş xalqların bir-birlərinə sevgisindən, hər iki ölkədə mövcud olan tarixi və müasir yerlərdən, həmçinin yazılışı eyni, lakin ayrı məna daşıyan söz və ifadələrdən bəhs edib. Həmçinin iki ölkənin maddi-mənəvi irsinə də müraciət edib