Diqqətə çatdırılıb ki, kitabın ikinci cildində, əsasən qanlı hadisələrlə (20 Yanvar, Xocalı soyqırımı, ermənilərin Qubada törətdikləri qəddarlığı əks etdirən Quba kütləvi məzarlığı və s.) bağlı rəsmi xronika, BMT, AŞPA, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş qərarlar, sənədlər, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mötəbər beynəlxalq təşkilatların tədbirlərində çıxışları, nitqləri yer alıb. Bu cilddə, həmçinin Türkmənçay müqaviləsinin mətni, 1918-ci ildə ermənilər tərəfindən dağıdılan kəndlərin, 1948-1953-cü, 1988-1989-cu illərdə əhalisi Ermənistan tərəfindən deportasiya edilmiş azərbaycanlı yaşayış məntəqələrinin siyahısı verilib ki, bunlar da olduqca əhəmiyyətlidir